SOSIAL 20 XƏBƏR

ETSN cərimələnən sahibkarla tender müqaviləsi imzaladı - 900 minlik manatlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin İstehsalat və avtomobil nəqliyyatı vasitələri üçün müxtəlif ehtiyat hissələri, avtoşin, şin kameri və akkumulyator batareyalarının satın alınması ilə bağlı keçirdiyi tender başa çatıb. 

32gun.az xəbər verir ki, tenderin qalibi Sabir Fərzəliyev Təvəl oğlu seçilib.

ETSN Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi  ilə S.Fərzəliyev arasında bağlanacaq satınalma müqavilənin maliyyə dəyəri 927.739,48 AZN-dir. 

Bildirək ki, 2022-ci ildə  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində davam etdirilən tədbirləri zamanı Sabir Fərzəliyev Təvəl oğlu və qardaşı Fərzəliyev Tahir Təvəl oğlu cərimələnib.

Belə ki, nazirliyin məlumatında bildirilir ki, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumatın araşdırılması zamanı fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunun Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran İslam Respublikasında istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırılmışdı. Fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu barəsində 6229 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektinə haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.

Rəhbərlik | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Qeyd edək ki,  Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Elxan Baxışovdur. 

Ayxan 

Loading...

Oxşar Xəbərlər