SOSIAL

Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 14 yeni yoluxma faktı qeydə alınıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 179 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 110, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 44, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 723, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 651, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 490, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 215 nəfər təşkil edir.

Loading...

Oxşar Xəbərlər