DÜNYA

Seçki sandıqlarının 99%-i açıldı - Ərdoğan liderdir (CANLI/YENİLƏNİB)

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,54 faizi açılıb.

32gun.az xəbər verir ki, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52.11%-ni toplayıb. 

Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.89% səslə məğlub olub. 

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.223.548-dir. Sona doğru Ərdoğanın səslərində yenidən artım müşahidə edilir. 

***22:00

22:06

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,02 faizi açılıb.

32gun.az xəbər verir ki, Cümhur İttifaqının namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.08%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.92%-nin səsini qazanıb.

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.172.020-dir.

 

Loading...

Oxşar Xəbərlər