DÜNYA 20 XƏBƏR

Smartfon istifadəçiləri DİQQƏT: Bu tətbiqi telefonunuzda varsa təcili silin

"Google Play Store" tətbiq mağazasındakı "iRecorder Screen Recorder" adlı tətbiqin 1 ildir ki, istifadəçilərinə qarşı casusluq etdiyi ortaya çıxıb.

32gun.az xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb. 

Məlumatda 2021-ci ilin sentyabrında ortaya çıxan "android" telefonlar üçün ekran yazıcısı funksiyasını yerinə yetirən "iRecorder Screen Recorde"un son yeniləmələr nəticəsində "zərərli" tətbiqə çevrildiyi bildirilir. Həmçinin istifadəçilərinin səslərini qeyd edib saxladığı diqqətə çatdırılıb.

Əvvəlcə zərərsiz görünən tətbiq, avqust ayında gələn yeniləmə ilə hər 15 dəqiqədən bir bir dəqiqəlik səs yazmağa və bu qeydləri proqram tərtibatçısının serverinə göndərməyə başlayıb. 

“ESET” adlı antivirus şirkətinin tədqiqatçısı Lukas Stefanko tətbiqin son versiyasının  zərərli olduğunu ortaya çıxarıb. 

Stefankonun sözlərinə görə, "iRecorder Screen Recorde" təqbiqinin "Google Play Store" silinməmişdən əvvəl yüklənməsinin 50.000-ə çatdığı bildirilib.  

Araşdırmalarını bloqunda yerləşdirən Stefanko, həmçinin oxucularını “sonradan məqsədi dəyişdirilən tətbiqlərə” qarşı xəbərdarlıq edib.

Ayxan 

Loading...

Oxşar Xəbərlər