DÜNYA 20 XƏBƏR

Qız istəməyə gedən qardaşlar arasında dava - Biri öldü, digəri...

Qız istəməyə gedən qardaşlar arasında dava düşüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında İstanbulun Esenyurt səmtində baş verib. 

Kiçik qardaşlarını evləndirmək üçün qız istəməyə gedən qardaşlar arasında mübahisə yaranıb. Telefonda başlayan mübahisə get-gedə böyüyüb. Ardınca üz-üzə görüşən iki qardaş bir-birinə silahla hücum edib. Həsən Şirip belindəki silahla qardaşını vuraraq öldürüb. Daha sonra hadisə yerindən qaçmağa çalışarkən polislər tərəfindən saxlanılıb.

Qətlin "başlıq pulu"na görə baş verdiyi bildirilib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər