DÜNYA 20 XƏBƏR

Qəza törədən sərxoş sürücü 10 il müddətinə həbs edildi

Türkiyədə iki nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbkarına hökm oxunub.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, sözügedən qəza hadisəsi 2021-ci ildə Bursada baş verib. İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, daha üç nəfər isə yaralanıb. Qəza törədən avtomobilin sürücüsü, Fatih Karaca hadisə zamanı spirtli içki qəbul etdiyi üçün polis tərəfindən saxlanılaraq həbs edilib. 3,5 ay müddətinə həbsdə qalan F.Karaca məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Bu hadisədən 10 ay sonra isə yenidən həbs edilib. 

Sonuncu məhkəmə zamanı onun barəsində "bir və ya bir neçə nəfərin ölümünə və yaralanmasına səbəb olma" maddəsi ilə cinayət işi açılıb. Adıçəkilən maddə ilə açılan cinayət işinin ardınca Fatih Karaca barəsində 10 il 8 ay həbs cəzası müəyyən edilib.

Onu da qeyd edək ki, F.Karaca barəsində spirtli içki ilə yanaşı, narkotik maddə qəbuluda irəli sürülüb.

Nurlan Şiraliyev

 

Loading...

Oxşar Xəbərlər