DÜNYA 20 XƏBƏR

CHP üzvləri toplanır - Bu tarixdə

Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İdarə Heyəti iyunun 1-də toplanacaq.

32gun.az xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda bildirilib.

Bildirək ki, toplantı CHP sədri Kamal Kılıçdaroğlunun iştirakı ilə baş tutacaq.

CHP-nin Ümumi Qərargahında baş tutacaq görüş saat 13.00-da keçiriləcək.

Qeyd edək ki, toplantı zamanı 28 may prezident seçkilərinin nəticələri və CHP-nin yol xəritəsi müzakirə olunacaq.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər