DÜNYA 20 XƏBƏR

Məscidə "Molotov kokteyli" ilə hücum edildi

Almaniyada məscidlərə hücumlar davam edir.

32gun.az Türkiyə KİV-nə istonadən bildirir ki, ötən gecə naməlum şəxs və ya şəxslər İslam İcması Milli Gorus Hannover Mərkəzi məscidinə "molotov kokteyli" ilə hücum edib.

Hücumla bağlı məlumatı İslam İcması Milli Fikir Təşkilatının sədri Kamal Ergün paylaşım edib. 

Hücumda məscidin aşağı mərtəbəsindəki restoranın şüşələri sındırılıb, çöldəki oturacaqları yandırılıb.
K.Ergün, hücumun tez bir zamanda aydınlaşdırılması və cinayətkarların qanun qarşısında cavab verməsi üçün istintaq baladıldığını bildirib. 

Qeyd edək ki, 2022-ci ildə Almaniyada 35 hücumda məscidlər birbaşa hədəfə alınıb. Mayın 9-da isə DİTİB Drezden Fatih məscidinə hücum edilib və müqəddəs kitabların olduğu hissə yandırılıb.

Ayxan 

Loading...

Oxşar Xəbərlər