DÜNYA 20 XƏBƏR

Dəhşətli olay: Taksi sürücüsü 15 yaşlı qıza TƏCAVÜZ ETDİ

İzmirdə baş verən dəhşətli  hadisə ilə bağlı növbəti məhkımə prosesi baş tutub.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, lisey şagirdi, 15 yaşlı D.A -ya cinsi təcavüz etdiyi hakim qarşısına çıxarılan taksi sürücüsü 27 yaşlı Umut Can Kader müdafiəsində qızın 19 yaşında olduğunu düşündüyünü bildirib.

D.A-nın atası A.A bildirib ki, taksi sürücüsü ilə qızı görüşməzdən əvvəl mesajlaşıblar, onun yaşını bilməməsi mümkün deyil.

Hadisə ilə bağlı məlumatda bildirilir ki, Evli və iki uşaq atası Umut Can Kader martın 28-də taksiyə minən lisey şagirdi D.A.-ya cinsi təcavüz edib. Daha sonra ailə taksi sürücüsündən şikayət edib. Aprelin 7-də polis tərəfindən saxlanılan Kader gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Hadisə ilə bağlı hazırlanan iddianamənin ardından 'uşağa cinsi istismar' ittihamı ilə 16 ilə qədər həbs cəzası tələb olunub.  

Umut Can Kader məhkımədə belə ifadə verib:

 "Hadisə baş verən gün mənim taksimi götürdü.

O, çətin vəziyyətdə olduğunu söylədi.

Yaşını soruşanda 19 dedi. Sonra sendviç yedik.

Dedi ki, getməyə yeri yoxdur.

Boş yer kimi bir yerdə dayanıb spirtli içki içdik. Ondan sonra yaxın olduq.

Buraya işlərin gələcəyi bəlli idi, amma yaşı ilə bağlı mənə heç nə demədi.

O, mənə harada yaşadığını əvvəlcədən söylədi. Sonra ora getdik. Onu bir evin qapısına qoyub bir neçə dəqiqəyə qayıdacağam dedim və getdim".

Məhkımə iclasında 15 yaşlı D.A.-nın atası A.A hadisənin Umut Can Kaderin dediyi kimi olmadığını bildirib. A.A "Təqsirləndirilən şəxslə qızım internet saytında tanış olublar. Hadisə baş verən gün qızım təqsirləndirilən şəxslə görüşmək üçün evdən çıxıb. Yazışmalarda bunlar var. Qızımın telefonunda var.

Yazışmaları da polis bölməsinə təqdim etdim. Məhkəməyə təqdim edəcəm" deyə qeyd edib.

Ayxan

Loading...

Oxşar Xəbərlər