DÜNYA 20 XƏBƏR

İmamoğlunun cəzası təsdiqləndi?

İstanbul  Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun cəzasının Apellyasiya Məhkəməsi tərəfindən təsdiqləndiyi və onun bu qərara görə bir an əvvəl CHP sədri olmaq istəməsi idfiası gündəmi yaradıb. 

32gun.az bildirir ki, sözügedən iddialardan sonra İmamoğlu cəbhəsindən açıqlama gəlib.“Cümhuriyət”ə danışan İstanbul Böyükşəhər Bələdiyyə sədrinin (İBB) müşaviri Murat Ongun xəbəri təkzib edib.

 "Bu günədək apellyasiya məhkəməsi tərəfindən heç bir qərar verilməyib. İddia formasında yazılan məlumatlar manipulyasiya xarakterlidir. Məhkəmənin qərarı ilə hüquqi proses tamamlanmayıb. Qərar mənfi olsa da, Ali Məhkəmə kimi uzun proses var. Biz bunu yazan müəllifin məqsədini və bu spekulyasiyanın hədəfini bilirik”.

Ayxan

Loading...

Oxşar Xəbərlər