DÜNYA 20 XƏBƏR

3 gün öncə itkin düşən 75 yaşlı qadın ot yeyərək sağ qalıb

Kayseridə cümə günü ot toplamaq üçün çıxdığı boluq ərazidə itkin düən 75 yaşlı  Menşure Dumlu adlı qadın tapılıb.  

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, yalı qadın çoban tərəfindən tapılıb. 

Belə ki,  Menşure Dumlu xəbər ala bilməyən yaxınlıarı  polisə məlumat verib. Bundan sonra qadının tapılması üçün əraziyə  AFAD, polis və  digər xilasedici qruplar cəlb edilib.
Axtarışlar davam edərkən Dumlunu bu gün evindən təxminən 10 kilometr aralıda heyvan otaran çoban tapıb. Qadını tapan çoban lazımı orqanlara məlumat verib.

Hadisə yerinə təcili yardım sövq edilib. Menşure Dumlu Felahiye Dövlət Xəstəxanasına çatdırılıb.

Səhhətinin yaxşı olduğu bildirilən Menşure Dumlunun 3 gün ərzində topladığı otları yediyi bildirilib.

Ayxan

Loading...

Oxşar Xəbərlər