DÜNYA

"Ukraynanın uduzması dünya müharibəsinə səbəb ola bilər" - ABŞ prezidentliyinə namizəd

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Nikki Heyli Ukraynanın müharibəni uduzmasının dünya müharibəsinə səbəb ola biləcəyini açıqlayıb.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Heyli Ukraynaya pul yardımı və ya qoşun göndərməklə deyil, avadanlıq və təchizat verməklə kömək etmək lazım olduğunu deyib. 

“Çin Honq-Konqu alacağını söylədi və aldı, Rusiya Ukraynanı işğal edəcəyini söylədi, biz də buna baxdıq.
Çin deyir ki, Tayvan növbəti yerdədir və biz onlara inanırıq. "Növbəti Polşa və Baltikyanı ölkələrdir" dedi Rusiya. Əgər bu baş verərsə, biz dünya müharibəsinə baxırıq. (Ukraynaya dəstək) Söhbət müharibənin qarşısını almaqdan gedir”.

Ayxan 

Loading...

Oxşar Xəbərlər