DÜNYA 20 XƏBƏR

"Ruh çağırma" seansı edən məktəblinin TÜKÜRPƏDƏN ÖLÜMÜ (FOTOLAR)

İspaniyada  33 il öncə baş verən hadisə yenidən gündəm olub. 

32gun.az xarici KİV-ə istinadən bildirir ki, ailəsi ilə birlikdə yaşayan Estefania Qutierrez Lazaro eyni məktəbdə oxuduğu iki dostu ilə birlikdə ruh çağırmaq seansı keçirərkən dünyasını dəyişib. 

Tüyler ürperten hikaye! Ruh çağırma sonu oldu - Resim: 5

Paranormal hadisələrlə maraqlanan gənc qız ruhani varlıqlarla ünsiyyət qurmaq istəyəndə onun başına qorxu filmlərinə mövzu olacaq hadisələr gəlib.

 Belə ki, müəllimlərindən biri bu gənclərin qəribə işlərlə məşğul olduğunu görüb əsəbiləşərək qarılarındakı lövhəni sındırıb və onların əməllərinə son qoymaq istəyib.

Tüyler ürperten hikaye! Ruh çağırma sonu oldu - Resim: 3

 Müəllim Ouija lövhəsini (və ya cadu löhvəsi.Ruhlarla əlaqəyə keçmək üçün istifadə edilir) sındıran zaman  sınmış parçalar arasında qəribə bir şəkildə tüstü qalxdı və Estefaniya təsadüfən tüstünü içinə çəkib. 

Tüyler ürperten hikaye! Ruh çağırma sonu oldu - Resim: 6

Bu hadisədən sonra hər kəs Estefaniyanın dəyişdiyini görüb. Yeniyetməlik çağında olduğu üçün ilk vaxtlar normal qarşılansa da, gənc qızın davamlı halüsinasiyalar, yuxusuzluq və qıcolmalar keçirməsi hər kəsi narahat etməyə başlayıb. Estefaniya ailəsinə və dostlarına gecələr gözəgörünməz varlıqların ona baş çəkdiyini və onu özləri ilə aparmağa çalışdıqlarını, qəribə paltarlar geyindiklərini deyib. Ailəsi azyaşlı qızlarının vəziyyətindən narahat olduqları üçün dəfələrlə onu həkimə aparsalar da, heç bir nəticəsi olmayıb. 

13 iyul 1991-ci ildə Estefaniya ən şiddətli qıcolma keçirib. O daha sonra ağzı köpüklü şəkildə bacısı  Marianelaya hücum edib.

Xəstəxanada həkimlər müdaxilə etsə də, o dünyasını dəyişib. Ölümü haqqında məlumatlarda “Ani və şübhəli ölüm” yazılıb.

Tüyler ürperten hikaye! Ruh çağırma sonu oldu - Resim: 7

Ailənin həyatındakı qəribəlik bitməyib. Estefaniyanın ölümündən sonra ailə paranormal hadisələr yaşamağa başlayıb. Anası qızının otağından qışqırıqlar və yaşlı kişinin gülüşünü eşitdiyini söyləyib. 

Evin qapıları heç kim olmadığı halda öz-özünə açılıb, heç kim toxunmasa da mebellər yerindən tərpənib, pəncərələri sındırılıb. Estefaniyanın anası da bildirib ki, bir gecə kiminsə bədəninə toxunduğunu hiss edib.

Tüyler ürperten hikaye! Ruh çağırma sonu oldu - Resim: 8

Bütün bu hadisələrdən sonra 1993-cü ilin noyabrında bir gün ailə qonaq otağında əyləşərkən divardan asılmış Estefaniyanın fotoşəkili qəfildən alovlanıb və kül olana qədər yanıb.

Tüyler ürperten hikaye! Ruh çağırma sonu oldu - Resim: 2

Şəkildən başqa heç bir şeyə ziyan dəyməyib. Ailə dərhal polis çağırıb. 

Evə gələn polislər ciddi axtarı etsələr  heç bir iz tapa bilməyiblər və hadisə ilə bağlı heç bir məntiqi izahat verə bilməyiblər. "Vallekas işi" adlanan bu hadisə İspaniya tarixində ilk dəfə olaraq “Paranormal” hadisə kimi qeydə alınıb.

Ayxan

Loading...

Oxşar Xəbərlər