DÜNYA 20 XƏBƏR

Hadisə yerinə gedən polisi döyüb, başını daşla yardılar - Xəstəxanalıq oldu (VİDEO)

İstanbulda qəribə hadisə baş verib. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, pişiyə işgəncə verildiyi xəbərini alan polis əməkdaşları hadisə yerinə gəlib. Bu zaman R. A. polisi təhqir edərək, təpiklə vurub. Həmin vaxt iti ilə hadisə yerinə gələn N. G. həmin polis əməkdaşını hədəfə alıb və onun başına daşla vuraraq xəsarət yetirib. Ardıcıl hücumlar nəticəsində yaralanan polis məmuru T. C  xəstəxanaya aparılıb. Polis əməkdaşının başına daşla arxadan zərbə endirən N. G. qısa zamanda yaxalanıb. Polis əməkdaşını təhqir edib təpiklə vuran R.A.-nın axtarışları davam etdirilir.

Başından yaralanan polis məmurunun həyati təhlükəsinin olmadığı bildirilib. Hadisəni törədən R. A.-nın 9, N. G.-nin isə 13 cinayət qeydinin olduğuməlum olub. 

Ayxan

AW907245_01

AW907245_04

 AW907245_05AW907245_03AW907245_02

Loading...

Oxşar Xəbərlər