DÜNYA 20 XƏBƏR

Hakimiyyəti ələ keçirmək üçün üsyan planının qarşısı son anda alındı - Qırğızıstanda

Qırğızıstanda kütləvi nümayişlərdən istifadə edərək hakimiyyəti ələ keçirməyi planlaşdıran qrupun üzvləri dünən keçirilən əməliyyatda saxlanılıb.

32gun.az bildirir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət  Komitəsi məlumat yayıb. 

Açıqlamada bildirilib ki, dövlətin təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun qorunması istiqamətində fəaliyyətləri çərçivəsində kütləvi etiraz aksiyaları və üsyana gizli hazırlıq görən qrupun qanunsuz fəaliyyətinin qarşısı alınıb.

İstintaq çərçivəsində 30-dan çox adamın saxlanıldığı, əsas təşkilatçı və ideoloji ilham olaraq təyin olunan Eldik Keneş (Xalq Məclisi) Partiyasının sədri Roza Nurmatova da daxil olmaqla 4 fəalın həbs edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən cinayətkar təşkilatın uzun müddət silahlıları öz sıralarına cəlb etmək istiqamətində fəaliyyət göstərdiyi, siyasi partiya liderinin hakimiyyəti ələ keçirmək planı çərçivəsində mütəmadi olaraq gizli görüşlər keçirdiyi müəyyən edilib.

Bildirilib ki, bu mütəşəkkil dəstə ölkənin müxtəlif bölgələrindən vəzifələr təyin edilmiş 100-dən çox adamdan ibarətdir. 

Əməliyyat zamanı təşkilati ehtiyacların maliyyələşdirilməsi və əsas vəzifəli şəxslərə ödənişlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda xarici mənbələrdən xeyli miqdarda maliyyə vəsaitinin gözlənildiyi barədə də məlumatlar əldə edilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Ayxan

Loading...

Oxşar Xəbərlər