DÜNYA 20 XƏBƏR

Birinci kurs tələbəsinin 120 gün sonra meyiti tapıldı - FOTO

Zəlzələdən aylar keçsə də, dağıtılar altında hələ dəinsan meyitləri çıxarılmağa davam edir.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, dağıntılar arasından çıxarılan gənc cansız bədən ürək parçalayıb. 

Dağıntıları aradadan qaldırmaq üçün çalışan qazma operatoru qadın cəsədi ilə qarşılaşıb və polisə xəbər verib. Hadisə yerinə gələn polislər qalıqları və cəsədi araşdırıb.

Aparılan araşdırmalardan sonra naməlum meyitin itkin düşdüyü üçün axtarışda olan 20 yaşlı Sude Nur Durana məxsus olduğu müəyyən edilib. Duranın cəsədi, Respublika Prokurorluğunun hadisə yerində etdiyi araşdırmaların ardından Adıyaman Təhsil və Araşdırma Xəstəxanası Morgu'na aparılıb.

Duranın Yozgat Bozok Universitetinin 1-ci kurs tələbəsi olduğu, ailəsinin tətil üçün qaldığı Adıyamanın Turqut Rəis səmtindəki Fələstin küçəsindəki evlərinə gələrək burada zəlzələdə yaxalandığı bildirilib.

Digər tərəfdən, Sude Nur Doğanın anası, atası və qardaşının da zəlzələdə həyatını itirdiyi bildirilib.

Ayxan

120 gündür aranıyordu: 20 yaşındaki Sude'nin cansız bedeni, Adıyaman'da enkaz  altında bulundu

 

Loading...

Oxşar Xəbərlər