DÜNYA 20 XƏBƏR

Çin və Rusiyadan birgə ƏMƏLİYYAT: Yaponiyaya gözdağı

Yaponiya hökuməti Çin və Rusiya bombardmançı təyyarələrinin ölkəyə yaxın sularda müştərək uçuşlar etdiyini bildirib. 

32gun.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki Çin H-6 və iki Rusiya Tu-95 təyyarəsi Yaponiyaya yaxın sularda birgə uçuşlar həyata keçirib.

Yaponiya dənizindən (Şərq dənizi) Şərqi Çin dənizinə birgə uçuşa qarşı Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus döyüş təyyarələri havaya qalxıb.

Nazirlikdən verilən açıqlamada Yaponiyanın hava məkanının pozulmadığı vurğulanıb, lakin birgə uçuşun “açıq güc nümayişi” kimi qiymətləndirildiyi vurğulanıb.

Sözügedən ortaq uçuşla bağlı dərin narahatlıqların diplomatik kanallar vasitəsilə Rusiya və Çinə çatdırıldığı bildirilib.

Qeyd edək ki, Cənubi Koreya Baş Qərargahı dünən 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Tanıtma Bölgəsinə (KADIZ) daxil olduğunu açıqlamışdı.

Ayxan

Loading...

Oxşar Xəbərlər