DÜNYA 20 XƏBƏR

Universitetin tələbə şəhərciyinə silahlı hücum: Ölənlər və yaralananlar var

ABŞ-ın Virciniya ştatının Riçmond qraflığında yerləşən Virciniya Birlik Universitetinin tələbə şəhərciyində dəhətli hadisə baş verib.

32gun.az xarici KİV-ə istinadən bildririr ki, "Hugueonet Liseyi" tələbələri üçün təşkil olunmuş buraxılış mərasimi zamanı atışma baş verib.

Hadisədə 2 nəfər həyatını itirib, 1-i ağır olmaqla 5 nəfər yaralanıb. Ölənlərdən birinin 18, digərinin isə 36 yaşında olduğu bildirilib. 

Polis hücumlarla bağlı bir nəfəri saxlayıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Hücum edən şəxsin 4 tapançadan istifadə etdiyi və silahların polis tərəfindən müsadirə edildiyi bildirilib. Tələbə şəhərciyində keçiriləcək digər liseylərin buraxılış mərasimləri də ləğv edilib.

Ayxan

Loading...

Oxşar Xəbərlər