DÜNYA 20 XƏBƏR

Pikassonu tərk edən yeganə qadın öldü

Məşhur rəssam Pablo Pikassonu tərk edən yeganə qadın kimi tanınan rəssam Fransauza Jilo 101 yaşında vəfat edib.

32gun.az xarici KİV-ə istinadən bildriri ki, o Manhettendə xəstəxanada dünyasını dəyişib. 

Bu barədə xəbəri onun qızı Aureliya Engel açıqlayıb. Jilonun "ağciyər və ürək problemləri" olduğu bildirilib.

Pablo Pikassodan 2 övladı olan Jilo11 il  məşhur rəssamla birlikdə olub.   Ancaq cütlük heç vaxt evlənməyib. 

1943-cü ildə 61 yaşlı Pikasso ilə hələ 21 yaşında olarkən tanış olan Jilo əfsanəvi rəssamı öz istəyi ilə tərk edib.

Jilo  1964-cü ildə Pikasso ilə həyat adlı kitab yazıb. Onun sənət həyatı Pikassodan ayrıldıqdan sonra ağır zərbə alıb. Pikasso qalereyaların onun əsərlərini almasına mane olub. Hətta Jilonun  onun haqqında kitabının nəşrinə mane olmağa çalışıb. Kitab nəşr olunanda Pablo Pikasso Jilodan olan övladları Klod və Palomanı bir daha görməkdən imtina edib.

Pikassodan ayrıldıqdan sonra Jilo ABŞ-da məskunlaşıb  və burada sənət karyerasını yenidən qurub. Fransauza Jilonun "Gitara ilə göyərçin" əsəri 1,3 milyon dollara satılıb və əksəriyyəti MET Muzeyində, MoMA və Pompidou Mərkəzində sərgilənir.

Ayxan

Loading...

Oxşar Xəbərlər