DÜNYA 20 XƏBƏR

Məşhur hakerlər qrupu sabiq nazirlərin və bəzi siyasətçilərin şəxsi məlumatlarını oğurladı

Şimali Koreyalı hakerlərdən ibarət “Kimsuky” qrupu 2022-ci ildə Cənubi Koreyanın keçmiş nazirləri və nazir müavinləri də daxil olmaqla bir çox siyasətçinin elektron poçtlarını gizli şəkildə izləyib, şəxsi məlumatlarını oğurlayıb. 

32gun.az xəbər verir ki, bu barədə Yaponiya Milli Polis Agentliyinidən (NPA) açıqlama verilib.

Açıqlamada "Kimsuki"nin sözügedən şəxslərin məlumatlarını oğurlamaq üçün diplomatiya və təhlükəsizlik mövzularında 150 siyasətçiyə saxta elektron məktublar göndərdiyi bildirilib.

Həmçinin agentlikdən haker qrupunun 2022-ci ilin aprel-iyul aylarında həmin şəxsləri saxta saytlara yönləndirmək üçün çaşdıran elektron məktublar göndərdiyi və 4-9 ay ərzində eyni vaxtda onları izlədiyi ortaya çıxıb.

Bildirilir ki, Cənubi Koreyanın kəşfiyyat təşkilatının Kimsuky tərəfindən göndərilən təxminən 5800 elektron-poçtu təhlil etdiyi və lazımi tədbirlər görüldükdən sonra bütün əməliyyatın arxasında sözügedən haker qrupunun olduğu müəyyən edilib. 

Seul hökuməti iyunun 2-də Kimsuky qrupuna qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib. 
Ayxan

 

Loading...

Oxşar Xəbərlər