DÜNYA 20 XƏBƏR

Məşhur rok qrupun solisti qadına təcavüzdə ittiham olunur - Nazir məsələyə qarışdı

Almaniyanın dünyaca məşhur “Rammstein” hard-rok qrupunun solisti Till Lindemann konsertinə gələn qadınlara qarşı cinsi istismarda ittiham olunur.

32gun.az “The Guardian”-a istinadən xəbər verir ki, bu iddialar qrupun mayın 25-də Litvanın paytaxtı Vilnüsdə keçirilən konsertinə qatılan 24 yaşlı Şelbi Lin adlı Şimali İrlandiyalı fanat tərəfindən gündəmə gətirilib.

Sosial şəbəkədəki hesablarından paylaşım edən Lynn konsertdən sonra əyləncənin olduğu məkana girişi axtararkən özünü "Lindemannın turlarda kastinq direktoru" kimi təqdim edən Alena Makeeva adlı qadınla tanış olduğunu deyib. 
Makeevanın onu şənlikdə iştirak edənlərin konsertə növbəsiz buraxılacaqlar "WhatsApp" qrupuna dəvət erdiyini bildirib.

Konsert fasiləsi zamanı səhnənin altındakı soyunub-geyinmə otağına aparılan Lin, Lindemanın cinsi əlaqədən imtina etdiyini, müğənninin isə qəzəblə cavab verdiyini açıqlayıb.

Linn konsertdən əvvəl ziyafətdə çox içki içməsə də, gecənin bir hissəsini xatırlamadığını bildiririb. Lakin o içkisinə narkotik atıldığından şübhələndiyini açıqlayıb. Bədənindəki qançırların fotosunu paylaşan Lin Lindemandan şikayətlənib.

"Rammstein" qrupu Till Lindemann-a qarşı irəli sürülən iddiaları araşdırmaq üçün bir vəkil ofisinə tapşırıq verib.

"NDR" və "Süddeutsche Zeitung" qəzetlərində dərc olunan hesabatda, konsertdən sonra keçirilən məclislərə qatılan bir qrup qadın Lindemannla cinsi əlaqədə olmaq üçün seçilmiş qadınların bu partiyalara dəvət edildiyini iddia edib.

Almaniyanın media və mədəniyyət üzrə dövlət naziri Klaudiya Rot Lindemanna qarşı cinsi təcavüz iddialarına tez bir zamanda aydınlıq gətirilməsini tələb edib. 
Ayxan

Loading...

Oxşar Xəbərlər