HADİSƏ

SON DƏQİQƏ! Dövlətə xəyanət edən 2 nəfər həbs edildi

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.

Bu barədə 32gun.az APA-ya istinadən xəbər verir.

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğluna qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb.

Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.

Loading...

Oxşar Xəbərlər