HADİSƏ

Sabiq deputat saxlanıldı - Səbəbini DİN AÇIQLADI (SON DƏQİQƏ)

Nazim Bəydəmirlinin saxlanma səbəbi məlum olub.

32gun.az" xəbər verir ki, vətəndaş Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.

xxx

21:16

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli polis tərəfindən saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə vəkil Aqil Layic sosial şəbəkə hesabında məlumat verib. O, keçmiş deputatın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Gədəbəy hadisələrinə görə saxlanıldığını bildirib.

 

Loading...

Oxşar Xəbərlər