HADİSƏ

Vəzifəli şəxsdən pul alarkən tutuldular - “Narşərab” restoranında ƏMƏLİYYAT

Sabirabad şəhərində yerləşən “Narşərab” restoranında polis tərəfindən əməliyyat keçirilib.

32gun.az-ın məlumatına görə, əməliyyat zamanı iki nəfər saxlanılıb.

Bildirilib ki, rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Azər Qərib oğlu və Əmirov Zamin Mirsəftər oğlu Sabirabad MRX publik hüquqi şəxsin inzibati işlər üzrə direktor müavininindən hədə-qorxu yolu ilə pul tələb ediblər. Onlar direktor müavini Bayram Mikayılova barəsində rüsvayedici məlumatlar yayacaqlarını bildirərək 15 min manat pul tələb ediblər.

İyunun 27-si və iyulun 5-də vəzifəli şəxdən 2500 manat alan şəxslər növbəti gün – iyulun 6-da Sabirabaddakı “Narşərab” restoranında növbəti görüş təyin ediblər. Onlar restoranda B.Mikayılovdan 2600 manatı alarkən polisin keçiridyi əməliyyatla saxlanılıblar.

Saxlanılan şəxslərin barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb.

Onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

Loading...

Oxşar Xəbərlər