HADİSƏ

Azərbaycanda toyda DƏHŞƏTLİ HADİSƏ: 34 nəfər ölümdən döndü

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.

32gun.az xəbər verir ki, hadisə Rəncbərlər kəndində keçirilən məclisdə baş verib.

İlkin məlumata görə, 34 nəfər, o cümlədən 16-sı yetkinlik yaşına çatmayan şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlardan 33 nəfər ambulator müayinədən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

 

Loading...

Oxşar Xəbərlər