HADİSƏ

1 yaşlı körpəsini öldürən ana ilə bağlı qərar verildi

Bakıda 1 yaşlı körpəsini boğaraq öldürməkdə təqsirləndirilən 21 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

32gun.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, N.Bağıyeva 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Bağıyeva uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Loading...

Oxşar Xəbərlər