DİGƏR

2 milyonda bir baş verən hadisə: Əkiz uşaqlar fərqli illərdə doğuldu - FOTO

Amerikada əkiz uşaqlar fərqli illərdə dünyaya gəlib. 

32gun.az  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

Belə ki, 31 dekabr gecəsi ana biri qız digəri oğlan olan əkiz uşaqlarını 15 dəqiqə fərqlə dünyaya gətirib.

Beləliklə də uşaqlardan biri 2021-də, digəri isə 2022-də doğulub. Xəstəxanadakı həkimlər bu hadisənin 2 milyonda bir dəfə baş verdiyini  deyib. 

Qeyd edək ki, belə bir hadisə 2019-cu ildə Hindistanda yaşanıb. Orada uşaqlar 30 dəqiqə fərqlə doğulub. 

Loading...

Oxşar Xəbərlər