HADİSƏ

Dəhşətli hadisə: Ər arvadına çoxsaylı bıçaq xəsarətləri yetirdi

Tovuzda ər arvadını bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov 32gun.az-a bildirilib ki, hadisə Tovuz şəhərində baş verib.

Belə ki, Tovuz RPŞ-yə 1970-ci il təvəllüdlü T.Bayramovanın çoxsaylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami Bayramov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading...

Oxşar Xəbərlər