DİGƏR

“Böyük şəhərdə seks” filmindəki ev 23 dollara kirayə verilir - Fotolar

“Böyük şəhərdə seks” serialının ulduzu Kerri Bredşounun ekran işindəki evi günlük kirayə verilir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, serialdakı mənzil çəkiliş meydançasında yaradılsa da, oxşarı bütün detalları ilə yenidən dizayn edilib. Evə daxil olmaq istəyən şəxsləri içəridə ilk Kerri və həmkarı Sara Cessika Parkerin videogörüntüsü qarşılayır.

İlk bölümü 23 il əvvəl yayımlanan serialın ildönümü münasibəti ilə ev günlük 23 dollar qarşılığında kirayə veriləcək.

Mənzildə Kerrinin canlandırdığı obrazın istifadə etdiyi kompüter, paltar və ayaqqabılar da yer alıb.

Loading...

Oxşar Xəbərlər