İDMAN 20 XƏBƏR

"Beşiktaş" onunla anlaşdı

"Beşiktaş" ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən "Norviç Siti"nin kosovalı cinah yarımmüdafiəçisi Milot Raşikanı heyətinə cəlb etdiyini açıqlayıb.
32gun.az bildirir ki, "Ağ-qara" klubunun KAP-a verdiyi açıqlamada bu ifadələr yer alıb:

"Peşəkar futbolçu Milot Raşicanın transferi ilə bağlı klub və özü ilə razılıq əldə olunub.

Ümumi transfer haqqı 5 milyon 250 min avro olan Norviç Siti FK klubuna ödəniləcək".

Qeyd edək ki, Futbolçu ilə 2023-2024 mövsümündən başlayaraq 4 mövsümlük razılıq əldə olunub.
Ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən Raşica 30 oyunda xidmət edərkən birbaşa 13 qola (6 qol - 7 məhsuldar ötürmə) töhfə verərək Mauro İkardi və Kerem Aktürkoğlu ilə birlikdə komandanın ən yaxşı 3 futbolçusundan biri olub.

Ayxan

Loading...

Oxşar Xəbərlər