İDMAN 20 XƏBƏR

“Real Madrid” Mbappeyə Olimpiadada iştirakını qadağan edib

"Real Madrid" Fransanın PSJ-nin futbolçusu Kilian Mbappe ilə müqavilənin şərtlərini razılaşdırıb.

"Real Madrid"in şərtlərindən biri fransalı futbolçunun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak etməməsidir.

32gun.az bildirir ki, bu barədə AS xəbər verir .

"Real Madrid" artıq Fransa Futbol Federasiyasına Mbappenin Oyunlarda iştirakına icazə verməyəcəkləri barədə məlumat verib . Həmçinin "Los Blancos"un bütün oyunçuları Olimpiadaya gedə bilməyəcək.

Mbappe "Əl-Xelayfi"yə 2023-cü ilin avqustunda PSJ ilə müqaviləsini uzatmağı vəd etsə də, bunu etməyib. Mbappenin "Real Madrid"ə keçmə ehtimalı böyükdür ki, bu da "Əl-Xelayfi"ni qəzəbləndirir.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, tələbəsi olduğu Monakonun rənglərini qoruyub. Bu mövsüm hücumçu Fransa Liqa 1-də PSJ-nin heyətində 28 matçda 26 qol vurub.

Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda yayda "Real Madrid"ə keçməyə qərar verib. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Artıq internetdə "Santyaqo Bernabeu"da fransız forvardın təsviri olan yaylıqlar satılmağa başlayıb.

Ayxan 

Loading...

Oxşar Xəbərlər