İDMAN

Boksçumuz ermənini MƏĞLUB ETDİ

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.

32gun.az xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib. Şahin Aslanov (52 kq) gürcüstanlı Snadro Kapanadzeni 5:0 hesabı ilə məğlub edib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.

Səftər Məmmədzadə (90 kq) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq

Loading...

Oxşar Xəbərlər