İDMAN

Əsas hücumçusunu satdı - "Qarabağ"ın canı dincəldi

Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Molde” aparıcı futbolçularından biri ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Norveç təmsilçisi hücumçusu Ola Brinhilsenin transferi ilə bağlı "Midtyulland"la razılığa gəlib.

Tezliklə danimarkalılar yeni forvardı rəsmi olaraq ictimaiyyətə açıqlayacaq. Müqavilənin detalları barədə məlumat verilməyib.

Brinhilsen Norveç çempionatında bu mövsüm 7 qolla bombardiridir. 24 yaşlı hücumçu 2020-ci ildə “Stabek”dən “Molde”yə keçmişdi.

Loading...

Oxşar Xəbərlər