DÜNYA DİGƏR 20 XƏBƏR

Bu ölkədə silahlı QARŞIDURMA - Ölənlər var

Hindistanın Cammu və Kəşmir bölgəsində baş verən silahlı qarşıdurmada 2 müqavimət döyüşçüsü, 3 Hindistan əsgəri və 1 polis məmuru həyatını itirib.

32gun.az xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb. 

Məlumata əsasən Hindistan ordusu və polisi Cammu və Kəşmirin Kokernaq bölgəsində bir qrup terrorçunun olduğuna dair kəşfiyyat məlumatı alıb.

Daha sonra təhlükəsizlik qüvvələri həmin bölgələrdə əməliyyata başlayıb.

Hindistan ordusundan verilən açıqlamada Kokernaqda müqavimətlə qarşıdurmada 2 əsgər və 1 polisin həyatını itirdiyi bildirilib.

Digər tərəfdən, Racuri bölgəsində başlayan qarşıdurmada da 1 əsgər və 2 qiyamçının öldüyü bildirilib.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər