İDMAN

"Qarabağ"ın rəqibi baş məşqçisiz qala bilər - SON DURUM

"Qarabağ"ın UEFA Avropa Liqasının qrupunda rəqibi olan "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso karyerasını "Bayern Münhen"ə başçılıq edə bilər. 

32gun.az xəbər verir ki, informasiyanı "Bild" yayıb.

Mənbənin məlumatına görə, Münhen klubu Tomas Tuxeli istefaya göndəriləcəyi təqdirdə Alonsoya dəvət göndərəcək. Tuxellə münasibətləri pozulan rəhbərliyin potensial namizədi məhz ispaniyalı mütəxəssisdir. 

Alonso 2022-ci ilin oktyabrından "Bayer Leverkuzen"ə başçılıq edir. Leverkuzen təmsilçisi ötən mövsüm 50 xalla Bundesliqada 6-cı olmuşdu. Hazırda isə "Bayer" keçirdiyi 3 oyunun hamısında qalib gələrək "Bayern"lə 1-2-ci yerləri bölüşür. 

Alonsonun leverkuzenlilərlə müqavilənin müddəti 2026-cı ilin iyunununa qədərdir.

Loading...

Oxşar Xəbərlər