DİGƏR

Vanqanın daha bir kəhanəti düz çıxdı

Oktyabrın 7-də HƏMAS İsrailə qarşı müharibəyə başlayıb. Terror qruplaşması hücumlarda İsrailə minlərlə raket atıb, Qəzza sərhədindəki yəhudi yaşayış məntəqələrinə qurudan sızıb və çoxlu israillini girov götürüb. Hücum təkcə İsraili deyil, bütün dünyanı şoka salsa da, İsrailin baş naziri Binyamin Netanyahu ilk açıqlamasında "Biz indi müharibədəyik" deyərək, İsrailin HƏMAS-a cavabının çox sərt olacağını bildirib.

"Unikal" xəbər verir ki, bütün bu hadisələr fonunda Baba Vanqanın “böyük müsəlman müharibəsi” ilə bağlı proqnozu yenidən gündəmə gəlib. 

Belə  ki,  Vanqanın “böyük müsəlman müharibəsi” ilə bağlı dedikləri Avropanın işğalı və 2043-cü ildə müsəlman xilafətinin qurulması ilə nəticələnir. Bununla belə, Vanqanın bu proqnozu müzakirəyə çıxarılıb. 

1911-ci ildə anadan olan Baba Vanqa 12 yaşında olarkən qum fırtınası nəticəsində kor olub. Ancaq bu itki ilə o, yeni bir qabiliyyət qazanıb və gələcəklə bağlı proqnozlar verməyə başlayıb. 

"Balkanların Nostradamusu" kimi tanınan məşhur görücü - 11 sentyabr hücumları, 2004-cü ildə Hind okeanında baş verən dağıdıcı sunami və Rusiya ilə Ukrayna arasında müharibə ilə yanaşı, Barak Obamanın ABŞ prezidentliyini də proqnozlaşdırmışdı.

Loading...

Oxşar Xəbərlər