KRİMİNAL

Xaçmazda dava düşüb, güllələnən və bıçaqlananlar var

Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var.

32gun.az reporta istinadən xəbər verir ki, rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Rüstəmov Ramik Ramiz oğlu Nabran kəndi ərazisində Zalov Cami Nizam oğlu ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb.

Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şıxmətov Şöhrət Gülmət oğlu isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb.

Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər