KRİMİNAL

SON DƏQİQƏ! Muraz Abbasov öldürüldü

Noyabrın 9-də saat 16:20-də Samux rayonu Burunqovaq kəndi ərazisində 37 yaşlı Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 22 yaşlı Çələbiyev Eltac Xuday oğlu saxlanılıb.

Araşdırma aparılır.

***
Saat: 17:13

Samuxda qətl hadisəsi baş verib.

32gun.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.

37 yaşlı Muraz Abbasov Muraz oğlu bıçaqlanaraq qətlə yetirilib.

Loading...

Oxşar Xəbərlər