EKONOMİKS

"12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir" - Nazir

"Hazırda qeyri-neft qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır".

32gun.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stiumullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir:

"Qarşıdakı digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə dividend ödənişinin edilməsini aşılamaqdır. Bu da artıq dövlət büdcəsində öz əksini tapır. Bu, İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, ötən il Holdinqə daxil olan 12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şriktələrin ötən il cəmi əməliyyat mənfəətliliyi 15 milyard manatı keçib. Hansı ki, bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub. Gələn ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli dərəcədə dividend ödənişi nəzərdə tutulub".

Loading...

Oxşar Xəbərlər