DÜNYA 20 XƏBƏR

İntihara cəhd edən şəxsin kimliyi məlum OLDU

Türkiyənin İzmir şəhərində ayağının altında İsrail bayrağı və bir əlində Türkiyə bayrağı olan şəxs küçənin ortasında başına tapança dayayıb.

32gun.az xəbər verir ki, sözügedən şəxsin Pakistan vətəndaşı olduğu məlum olub.

Psixoloji problemləri olduğu düşünülən şəxs 3 saatlıq razı salma cəhdindən sonra silahını yerə qoyub təslim olub. Başına tapança dayayan şəxsi razı salan avtomobil kirayəsi şirkətinin sahibi, "Onu fikrindən döndərməyi bacardım. Məncə, depressiyaya düşdüyü üçün belə bir hərəkətə cəhd etdi. Daha əvvəl valideynlərini itirib",- deyib.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər