DÜNYA 20 XƏBƏR

Ərdoğan Ermənistana çağırış etdi

Rəcəb Tayyib Ərdoğan Ermənistanı qonşu ölkələrlə əməkdaşlığa çağırıb.

32gun.az xəbər verir ki, Türkiyə prezidenti bu fikirləri Zirvə toplantısında çıxışı zamanı səsləndirib.

“Bəzi Qərb dövlətləri hələ də dərk etmirlər ki, Qarabağ müharibəsi ilə (2020-ci ilin sentyabr-noyabr) bölgəmizdə yeni dövr başlayıb.  Erməni xalqı və liderləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar”,- Ərdoğan deyib.

Aysel Şirinova
 

Loading...

Oxşar Xəbərlər