DÜNYA 20 XƏBƏR

"Zelenski seçkilərdə məğlub olacağından qorxur" - Britaniya mediası

 Zelenski hərbi əməliyyatlar bitdikdən sonra seçkilərdə məğlub olacağından qorxur.

32gun.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti yazır.

 Nəşrin yazdığına görə, Zelenski İkinci Dünya Müharibəsində anti-Hitler koalisiyasının qələbəsinə baxmayaraq, 1945-ci ildə parlament seçkilərində uduzan Böyük Britaniyanın baş naziri Uinston Çörçillin (1874-1965) taleyini təkrarlamaqdan qorxur.  Qeyd edək ki, Britaniya mediası əvvəllər dəfələrlə Ukrayna prezidentini Çörçilllə müqayisə edib.

Digər tərəfdən, bildirilir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynadakı müxalifət Zelenskinin rəhbərliyi altında ölkənin Rusiyanın xüsusi hərbi əməliyyatına nə dərəcədə hazır olduğunu yoxlamaq istəyir.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər