DÜNYA 20 XƏBƏR

ÜST Qəzzada səhiyyə sisteminin tamamilə çökdüyünü açıqlayıb

Qəzza zolağının səhiyyə sistemi ağır böhran yaşayır, Fələstin anklavının əhalisi yalnız əsas tibbi yardım ala bilir. 

32gun.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Qəzzada yüksək səviyyəli səhiyyə infrastrukturunun tamamilə dağıldığını görürük. İndi əhalinin yalnız əsas tələbatının öhdəsindən gəlmək mümkündür. Xəstəxanaların sağlamlıq xidməti göstərmək üçün lazım olan əsas şeylərə çıxışı yoxdur".

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi yanacağın, su və elektrik enerjisinin çatışmazlığına diqqət çəkib.
Ayxan

Loading...

Oxşar Xəbərlər