DÜNYA 20 XƏBƏR

Engin və Dilan Polatdan sonra daha bir cütlük gündəm oldu - Helikopter, ABŞ-da 11 ev və 5 milyon dollar

Dilan-Engin Polat cütlüyünün həbsindən sonra bir çox fenomen araşdırılmağa başlayıb.

32gun.az Türkiyı KİV-nə istinadən bildirir ki, gözəllik mərkəzlərinin sahibi olan fenomen cütlük Eylül Öztürk və həyat yoldaşı Barış Kenan Özkan da son günlər onlara qarşı iddialarla gündəm olub.  

ABŞ-da nağd pulla 11 mənzil aldığı iddia edilən Eylül Öztürk və əri Barış Kənan Özkanla bağlı “Show Haber”də 5 milyon dollarla ABŞ-a gedərək ölkədən qaçaqmalçılıq yolu ilə pul çıxardıqları deyilib. Müxbir, "Cütlüyün Amerikaya gedərkən 144 milyon TL pul götürdüyü iddiası var. Xəbərdən sonra aldıqları 11 mənzilin qohumlarına keçdiyi deyilir" deyə qeyd edib. Mallarının müsadirə olunacağından qorxaraq mallarını qaçaqmalçılıq yolu ilə apardığı deyilən Eylül Öztürk iddialarla bağlı səssizliyini pozub:

"Gündəmlə bağlı açıqlama verməyimi gözləyirsiniz, bəs dostlar, mən nə açıqlama verim? Mənim verdiyim bəyanatın bu insanların gözündə bir təsiri olacaqmı? “Belə deyil, belədir” desəm, inanacaqlarmı? Onlar inanmayacaqlar. Yaxud hal-hazırda mənim haqqımda  şübhəsi olan izləyicilərim olsa, “belə deyil, belədir” desəm, inanarsınızmı? Buna inanmayacaqsınız. Bütün bu prosesə nəzər salın. Kimin haqqında nə dedilər, nələr edildi... Hamı çıxıb açıqlama verdi.Onlar inanırdılar? İnanmadılar. Beləliklə, nə deyə bilərəm! 5 evlə başladıq, 24 ev oldu, sonra 11-ə düşdü. Yəni cümlənin əvvəlində “iddiaya görə” yazırlar.

Hətta boynumdakı elektron siqareti də elektron pul kisəsi elan etdilər. Qoy sizə göstərim, bu bildiyin elektron siqaretdir. Hazırda içəridə çəkiliş qrupu var. Bilbordların çəkilişlərinə başlayacağıq. İçində olduğumuz situasiyada açıqlama vermənin mənası yoxdur, çünki cümlənin əvvəlində “iddiaya görə” yazıblar, ondan sonra qayıqlar, yaxtalar, vertolyotlar dedilər... Bunları da başqa hadisələrlə bağlı dedilər. Biri dedi ki, onun helikopteri var idi. Nə deyəcəyimi bilmirəm! Məndən nə gözləyirsən? Zaman hər şeyi göstərir. Siz indiyə qədər öyrənməli idiniz ki, mənim maaqazin xərləri ilə  heç bir əlaqəm yoxdur. İllərdir məni izləyənlər artıq məni tanıyır. Yalanların həddi-hüdudu yoxdur! “İddianı cümlənin əvvəlinə yaz, sonra qalanında nə istəyirsən yaz, hansına cavab verim?” deyə o qeyd edib.

 

Loading...

Oxşar Xəbərlər