DÜNYA 20 XƏBƏR

Hakan Fidan London və Parisə rəsmi səfər edəcək

Xarici işlər naziri Hakan Fidan Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Birgə Zirvə Toplantısında Türkiyənin liderliyində alınan qərar çərçivəsində yaradılmış təmas qrupu ilə Qəzza üçün London və Parisə səfər edəcək. 

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfərin sabah baş tutacağı bildirilir.

Səfər zamanı Fidanın London və Parisdə İƏT və Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri, İngiltərə baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makronla görüşməsi gözlənilir.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər