DÜNYA 20 XƏBƏR

"Yargı" Emmi mükafatına layiq görüldü - FOTO

Türkiyənin məşhur serialı "Yargı" Beynəlxalq Emmi mükafatına layiq görülüb.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Nyu York Hilton Midtown otelində keçirilən mərasimdə 20 ölkədən 14 kateqoriyada 56 televiziya istehsal təmsil olunub.

Mərasimdə “Ən yaxşı telenovela” nominasiyasında mükafatı Ay Yapım-ın “Yargı” serialı qazanıb.

Təqdimatda serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Ergenekon və baş rol ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iştirak edib.

Aysel Şirinova

 

Loading...

Oxşar Xəbərlər