DÜNYA 20 XƏBƏR

Pişiyi sayəsində həbsə girməkdən xilas OLDU

Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə verilən cəza pişiyi olduğu səbəbilə təxirə salınıb.

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın "Mash" telegram kanalı məlumat yayıb.

Məlumata əsasən Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra polisə verilib. 

Hücumdan sonra saxlanılan Sergey B. üzərindən silah da tapılıb. 

Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhim üçün 5 ilə qədər həbs cəzası nəzərdə tutur. Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətində problem olmas və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

Qərardan sonra bildirilib ki, Rusiya Cinayət Qanununda pişik heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib.

 Müttəhimlər yalnız himayəsində uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər