DÜNYA 20 XƏBƏR

Fransa vətəndaşı Rusiyada həbs edildi - SƏBƏB

Fransa vətəndaşı Rusiya sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata əsasən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə sərhəd idarəsinin mətbuat xidməti bildirib ki, sözügedən şəxs Narva çayı ilə qayıq vasitəsilə Estoniyadan Rusiyaya keçib.

 Faktla bağlı cinayət işi açılıb.  

Saxlanılan şəxs barəsində 30 sutka müddətinə istintaq təcridxanasında həbs qətimkan tədbiri seçilib.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər