KRİMİNAL

Zaqatalada DƏHŞƏT: Keçmiş arvadını küçədə öldürdü (YENİLƏNİB)

Noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala rayon prokurorluğundan 32gun.az-a verilən məlumata görə, araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

*** 

Zaqatala rayonunda qadın öldürülüb, saxlanılan var.

Bu barədə 32gun.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 

Zaqatalada qadın qətlə yetirilib.

32gun.az xəbər verir ki, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala rayon Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.

Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər