DÜNYA 20 XƏBƏR

"Qanlı münaqişə Fələstin mülki əhalisinə əziyyət verir" - Putin

Rusiya prezidenti Vladimir Putin Qəzza zolağındakı münaqişələrin Fələstinin dinc əhalisinə əziyyət verdiyini deyib.

32gun.az xəbər verir ki, Fələstinin Moskvadakı səfirliyində noyabrın 29-da qeyd olunan Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Boqdanov prezidentin Fələstin rəhbərinə göndərdiyi məktubu oxuyub.

Məktubunda Fələstindəki vəziyyətə toxunan Putin deyib:

“Qanlı münaqişələr Fələstinin mülki əhalisinə əzab verir və mən hesab edirəm ki, indiki məqamda Rusiyanın 1967-ci il sərhədləri daxilində Şərqi Qüds kimi öz suveren dövlətini qurmaq kimi xalqınızın qanuni hüququnu həyata keçirmək lehinə olan ardıcıl mövqeyini bir daha təsdiqləmək vacibdir.  Bu, Fələstin-İsrail məsələsinə hərtərəfli yanaşmadır. Bu, uzunmüddətli və ədalətli həllə nail olmaq üçün əsas şərtdir. 

 Əminəm ki, birgə səylərlə biz Rusiya ilə Fələstin arasında ənənəvi dostluq münasibətlərini, eləcə də müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirə biləcəyik”.

Aysel Şirinova

 

 

Loading...

Oxşar Xəbərlər